Cəmiyyət 

“ASAN Finans” ölkə vətəndaşlarına onlayn rejimdə maliyyə xidmətləri göstərəcək

ARANTV.AZ xəbər verir ki, ötən ilin sonlarında yaradılan “ASAN finans” sisteminin əsas məqsədi kredit və sığorta təşkilatlarına dəstək olmaqdır. “ASAN Finans” ölkə vətəndaşlarına onlayn rejimdə maliyyə xidmətləri göstərəcək. “Rəqəmsallıqla Reallığa” adlı tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu barədə məlumat verib. Tədbirdə agentliyin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin həyata keçirdiyi layihələrdən danışılıb. Digər çıxış edənlər də bildiriblər ki, ölkəmizdə maliyyə və bank siyasəti, elektron hökumət quruculuğu sahəsində mühüm işlər görülür. Mərkəzin reallaşdırdığı “ASAN Finans” layihəsi qurumlar üçün bir sıra üstünlüklərə malikdir. Fərdi sahibkarlar üçün banka getmədən bankın müştərisinə çevrilmək imkanı yaradılıb. Sistemin əsas məqsədi müştərilərin vaxta, maliyyə qurumlarının isə resurslara qənaət etməklə xidmət göstərilməsidir.

Daha çox xəbərlər