Cəmiyyət 

Mariya Qladkix Azərbaycan Televiziyası və Radiosunun Akademiyasında telekanalın əməkdaşları ilə təcrübəsini bölüşüb

ARANTV.AZ xəbər  verir ki, “Rossiya-24” televiziya kanalının tanınmış jurnalisti və aparıcısı Mariya Qladkix Azərbaycan Televiziyası və Radiosunun Akademiyasında telekanalın əməkdaşları ilə təcrübəsini bölüşüb.

“Merci Baku” adlı xüsusi reportajıyla azərbaycanlı tamaşaçıların rəğbətini qazanan “Rossiya-24” televiziya kanalının tanınmış jurnalisti və aparıcısı Mariya Kladkix yenidən Bakıdadır. Bu dəfə o, repartaj hazırlamağa deyil, həmkarlarıyla təcrübəsini bölüşməyə gəlib. Azərbaycan Televiziyası və Radiosunun Akademiyasında olan jurnalist fəaliyyəti dövründəki maraqlı və yaddaqalan hadisələrdən danışıb, reportyorluğun sirlərindən bəhs edib.

Azərbaycan Televiziya və Radiosunun Akademiyası 2010-cu ildən fəaliyyət göstərir. Bu müddət ərzində televiziyanın əməkdaşları üçün burada mütəmadi məşğələlər, ustad dərsləri keçirilir. Bura reportyorların peşə hazırlıqlarının artırdıqları məkandır. Akademiyanın budəfəki məşğələsi isə maraqlı mövzuya həsr olunub.

Azərbaycan televiziyasının əməkdaşları da bu seminarlarda maraqla iştirak edirlər. Onların təəssüratları isə belədir…

Azərbaycan Televiziyası və Radiosunun Akademiyasında formalaşan reportyorlar isə mediada öz sözləri və imzaları ilə seçilirlər.

Daha çox xəbərlər