Vətəndaşların mənzil hüqüqlarının qeydiyyata alınması ilə bağlı problem tezliklə həllini tapacaq
ARANTV.AZ xəbər verir ki, Vətəndaşların mənzil hüqüqlarının qeydiyyata alınması ilə bağlı problem tezliklə həllini tapacaq. Bu Prezident İlham Əliyevin imzaladığı “bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmana əsasən mümkün olacaq.
Həmin qurumlar isə Fərmanın icrası ilə bağlı görülən tədbirlər və işlərin gedişatı barədə hər ay ölkə prezidentinə məlumat verəcəklər. İlkin hesablamaya görə, hazırda 400-ə yaxın istismara qəbul olunmamış çoxmənzilli bina var.
“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmana əsasən, vətəndaşların mənzil hüqüqlarının qeydiyyata alınması ilə bağlı problem həllini tapacaq. Bunun üçün dövlət qrumlarına belə binaların ilin sonunadək ekspertiza olunması ilə bağlı tapşırıq verilib.
Bütün bunların reallaşması üçün isə dövlət qurumları arasında koordinasiya qurulacaq. Binalar istismara qəbul olunduqdan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsində operativ şəkildə vətəndaşların hüqüqlarının tanınıması təmin ediləcək. Fərman təkcə paytaxtı əhatə etmir.
Elə Fərmanın daha bir əhəmiyyətli tərəfi proses zamanı təhlükəszilik məsələlərinin diqqətdə saxlanılmasıdır.
Məsələnin prezident İlham Əliyevin nəzarətində olması həm də binaların təhvil verilməsin prosesinin sürətli həyata keçməsinə şərait yaradır. Sözügedən Fərman bu sahədə olan problemlərlə bağlı vətəndaşların dövlət başçısına çoxsaylı müraciətləri nəzərə alınaraq imzalanıb. Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.

