İdman 

Formula 1 Azərbaycan Qran Prisində marşalların sayı 2600-ə çatıb

ARANTV.AZ xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 26-28 aprel tarixlərində keçiriləcək növbəti Formula1 Azərbaycan Qran Prisinə hazırlıq işlərini davam etdirir. Bu  çərçivədə marşalların fəaliyyəti də xüsusi ilə diqqətdə saxlanılır. Çünki onlar yarışın təşkilində vacib rol oynayırlar. Bu il marşal olmaq istəyənlərin sayında artım olub.

1300-ə yaxın marşal üçün nəzərdə tutulan təlimlər artıq yekunlaşmaq üzrədir. Xüsusən yerli mütəxəsislər tərəfindən aparılan təlimlərə maraq çox böyükdür. İştirakçılara  Formula 1-in növbəti  mövsümü üçün reqlamentdə baş verən dəyişikliklərlə əlaqədar hazırlıqlar və yarış həftəsinə dair icra planının detalları, həmçinin  bununla yanaşı qarşıdan gələn illərdə də Formula 1 Azərbaycan Qran Prisinin ən yüksək səviyyədə keçirilməsi məsələləri ətraflı şəkildə izah olunur. Missiyalarının öhtəsindən uğurla gəlirlər. Bunun nəticəsində hər il marşallıq fəaliyyətinə qoşulmaq istəyənlərin sayının artmasına səbəb olur.

Sevindirici məqamlardan biri də odur ki,  Azərbaycan qran prisində marşallar dünya standartlarına tauyğun fəaliyyət göstərirlər. Əvvəlki yarışlarda BŞH-nin marşalları gərgin məqamlar zamanı 60 dəfə trekə daxil olaraq vəzifələrini layiqincə yerinə yetiriblər. Bu isə onların peşəkar şəkildə yetişməsi ilə bağlıdır. Amma onlar bununl kifayətlənmirlər.  Komada daim müsbət dəyişikliklərə və marşal fəaliyyətinin daha da təkmilləşdirilməsinə çalışır.

Formula 1 yarışını uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiq olunan beynəlxalq lisenziyalı sertifikat verilir. Bu isə onlara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlarda iştirak hüququ qazandırır.

Daha çox xəbərlər