Sosial 

Nikahlarda azalma, boşanmalarda artma müşahidə olunur

“2020-ci ili əvvəlki illərlə müqayisə etdikdə nikahların sayında təqribən yarıya qədər azalma var”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, ümumiyyətlə, 2020-2021-ci illəri digər illərlə müqayisə etmək düzgün deyil: “Çünki pandemiya olub, toylara icazə verilməyib, boşanmalara təsir edib. Bundan başqa psixoloji məqamlar var. Amma ümumilikdə 2019-cu ilə qədər nikahlarda stabil azalma, boşanmalarda artma müşahidə olunur. Müasir dünyanın təsirləri ailə modelinə öz təsirini göstərir”.

Daha çox xəbərlər