Gündəm 

Ermənilərin «miatsum» istəklərinə zərbə olan Zəfərimiz

Təxribatları ilə özlərinə quyu qazan «hay»ların qulaqlarının birdəfəlik kəsilməsinin vaxtı çatıb

İkinci Qarabağ müharibəsinin başa çatmasından bir il ötdü. Qələbə, vətəndaşlıq əzmi yüksək olan Azərbaycan xalqının milli kimlik məsələsi olan Qarabağsız 30 illik həsrətinə son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Milli Ordumuzun 44 gün davam edən hərbi əməliyyatlarda göstərdiyi rəşadət, döyüş təcrübəsi ilə bağlı ekspertlərin açıqlamaları hələ də eşidilməkdədir. Amma qulağı kəsik Andronikin tör-töküntüləri olan «hay»ların çığır-bağırları bitmək bilmir. Bir il bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın da imzaladığı birgə Bəyanata etirazlarını daşnak, faşist ideologiyasından irəli gələn xəstə təxəyyülləri ilə bildirən qüvvələrin revanşist çağırışları işğalçı ölkədəki qarşıdurmanı daha da gücləndirib. Məğlub olsalar belə hələ də havadarlarına arxalanaraq «Dağlıq Qarabağ respublikası»nın statusunun qalması, oyuncaq Minsk qrupunun səlahiyyətlərini davam etdirməsi kimi sərsəmləmələrini təkrarlayan ermənilər yenidən suyu bulandırmaqdadırlar. Bölgədə sabitliyə təminat verən bütün təşəbbüslərin qarşısını faşist düşüncələri ilə almağa çalışan ermənilər sonda özlərinə qənim olan təxribatlarından da əl çəkmirlər. Gorus-Qafan yolunda Azərbaycanın gömrük nəzarəti məntəqəsi quracağı xəbərini bomba partlayışı qədər həyəcanla qarşılayan ermənilər milli xəstəliklərinin ifadəsi olan « çe» sözünü təkrarlayırlar. Ermənistanın sabiq, korrupsioner prezidenti Robert Koçaryanın İrəvanda təşkil etdiyi mitinqlərə toplaşanların Azərbaycanın öz ərazisində gömrük məntəqəsi qurmasına hansı əsasla etiraz etməsi anlaşılan deyil. Bölgə dövlətlərinin iqtisadi inkişafını gücləndirəcək, regiona sabitlik gətirəcək Zəngəzur dəhlizinin açılmasından ala çatıdan qorxan ilan kimi təşvişə düşən erməni nasistləri hələ də Azərbaycanın Zəfərini həzm edə bilmirlər. Hamilərindən aldıqları əmrlərə müvafiq olaraq guya «Qarabağ münaqişəsinin bitməməsi, öz yekun həllini tapmaması» barədə iddialar səsləndirərək 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında yaşadıqları zövqü-səfanın xəyalından ayrılmaq istəmirlər. Separatçı rejimin «Qarabağdakı ermənilərin statusu müəyyən edilsin, onlara ən azından muxtariyyət verilsin» istəklərinin artıq sona çatdığını hələ də başa düşməmələri bu toplumda irsi olan xəstə təfəkkürün məhsuludur. Ermənistan ordusunun 80 faizə qədərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsindən, döyüş bölgələrində qoyub qaçdıqları, vaxtı ötmüş silah- sursatlarının Bakıdakı Hərbi Qənimətlər Parkında «xəcalət çəkməsindən» dərs almayan ermənilərin ATƏT-in Minsk qrupunun fəaliyyətinin, «Qarabağ danışıqları”nın bərpa edilməsi», «status” məsələsini yenidən masaya çıxarmaq» istəkləri ələkdə su gətirmək cəhdinə bənzəyir. Təbii ki, torpaqlarını işğaldan azad edən Azərbaycan üçün «status» məsələsi artıq tarixiləşib. Çünki Azərbaycan Ermənistanın situasiyanı dəyişmək istəyinə tarixi Zəfəri ilə son qoydu.

Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Suqovuşan, Xocəvənd rayonları, Şuşa şəhəri işğaldan azad edilib, Azərbaycan Ordusu bütün strateji yüksəkliklərə hakim olub. Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilər hər baxımdan Azərbaycanın qanunlarına tabe olmağa məcburdurlar. Şuşada keçirilən «Xarıbülbül» festivalının, Vaqif Poeziya Günlərinin yaratdığı qısqanclıqdan ayılmayan ermənilərə mədəniyyət paytaxtımızda Zəfər Günü münasibətilə təşkil olunan atəşfəşanlıq bir il bundan əvvəl imzalanan kapitulyasiya aktının əbədiyyət rəmzidir. Əgər Ermənistan üçtərəfli Bəyanatdan imtina edərsə, Azərbaycanın Laçın dəhlizində hərəkətin sərbəstliyinə verilən zəmanət də qüvvədən düşmüş olacaq və koridor bağlanacaq. Separatçı rejim bunu du unutmamalıdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda «Dağlıq Qarabağ respublikası», hər hansısa statusdan bəhs edən ifadə yoxdur. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsini imzalamaları, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, dünya siyasətinin aktual mövzularından olan və türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin təməlinin qoyulması, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, «ağıllı kənd», «ağıllı şəhər» layihələrinin həyata keçirilməsi, Azərbaycanın region üçün qürurverici və ümidverici ölkə adlandırılması erməniləri «miatsum» xəyalından ayıltmalıdır. İstanbula qədər uzanacaq Zəngəzur dəhlizi ilə türk dünyasının birlik və həmrəyliyindəki rolunun artacağından təşvişə düşən, dünya siyasətində möhkəmlənən Türkiyə- Azərbaycan qardaşlığının revanş çağırışlarından daha qüdrətli olmasını ermənilər qulaqlarından sırğa kimi asmalıdırlar. Separatçıların bu günlərdə Kəlbəcər, Şuşa, Qaragöl ətrafında törətdikləri təxribatlar da keçinin suyu bulandırması məsəlinə bənzəyir. Bu cür təxribatlara əl atmaq Ermənistanda qarşısıalınmaz dərəcədə gərginləşən qüvvələr arasındakı fikir ayrılıqlarını ört-basdır etmək məkrindən qaynaqlanan siyasətdir. Amma belə siyasətin daimi qurbanları olan ermənilər bunu da unutmamalıdırlar ki, çanaq yenə də öz başlarında çatlayacaq.

Daha çox xəbərlər