Dünya 

Açılışdan qayıdan bələdiyyə sədri və arvadı öldürüldü

Peruda bələdiyyə sədri və həyat yoldaşı öldürülüb.

ARANTV.AZ  report-a istinadən xəbər verir ki, Ayaçuço əyalətində bir mağazanın açılışından avtomobillə qayıdarkən onlara qarşı silahlı hücum təşkil olunub.

Nəticədə bələdiyyə sədri və xanımı həyatını itirib, avtomobildəki daha iki nəfər isə yaralanıb.

Perunun dövlət başçısı Pedro Kastillo hücumu pisləyib və mərhumun ailəsinə başsağlığı verib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Daha çox xəbərlər