Qubada suya düşən ekskavator sürücüsünün meyiti tapıldı – FOTO
Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində – Vəlvələçayda aparılan qazıntı zamanı ekskavatorun aşması nəticəsində suya düşən sürücünün meyiti tapılıb.
ARANTV.AZ-ın məlumatına görə, dalğıc-axtarış qruplarının həyata keçirdikləri axtarış işləri nəticəsində 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
oxu.az

