Teymur Musayev hansı vaksinlə peyvənd olunduğunu açıqladı
“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesində ilk iştirak edən şəxslərdənəm. Bu ilin yanvar ayının 18-də vaksinasiya başlayanda elə həmin gün ilk dozanı qəbul etmişəm”.
ARANTV.AZ xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
O xatırladıb ki, təyin olunan vaxtlar ərzində ardıcıl olaraq üç doza vaksin vurdurub: “Hər üç doza vaksin Çin istehsalı olan “SinoVac” olub”.

