Cəmiyyət 

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları yaradılıb

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları – Destinasiya Menecmenti Təşkilatları (DMT) yaradılıb.

ARANTV.AZ  xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, DMT-nin yaradılmasında məqsəd regionlarda turizmin inkişafı, təşviqi və idarə olunmasıdır. DMT-nin Qubada yerləşən bölməsinin artıq təqdimatı keçirilib.

Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotelləri Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq.

Bununla yanaşı, region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək.

Daha çox xəbərlər