Cəmiyyət 

Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib

Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib.

ARANTV.AZ xəbər verir ki, bu barədə report-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasınınsədr müavini, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, son üç ildə Azərbaycan dilinə daxil olan yeni sözlərin sayı 2 700 olub: “Yeni terminlər 2015-2018-ci illər alığında Azərbaycan dilinə daxil olub. Artıq həmin sözlər “Yeni Terminlərin İzahlı Lüğəti” adlı kitabda qeyd edilib. Bu kitab mütəmadi olaraq nəşr olunur. Birinci kitab 2015-ci ildə nəşr olunanda orada 2750 yeni söz daxil olunmuşdu. Daxil olan yeni sözlərin tapılan qarşılıqları da izahlı lüğətdə göstərilib. Amma beynəlxalq terminlər olduğu kimi saxlanılır”.

Daha çox xəbərlər