Bakıda ruhi xəstə bacısını bıçaqladı
Paytaxtda qardaş bacısını bıçaqlayıb.
ARANTV.AZ trend.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
Rayonun Pivəzavod küçəsi, ev 5-də yaşayan ruhi əsəb xəstəsi, 1991-ci il təvəllüdlü Orxan Xeyrulla oğlu Nağıyev onunla birlikdə yaşayan bacısı, 1987-ci il təvəllüdlü Xatirə Xeyrulla qızı Nağıyevanı sol bud nahiyəsindən bıçaqlayıb.
Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən O.Nağıyev 9 saylı Təcili Tibbi Yardımın psixiatrik briqadasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

