Bakıda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 1987-ci il təvəllüdlü Əhmədova Sevinc Mehman qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

