Hadisə 

Bakı sakininə dava zamanı iki bıçaq zərbəsi vurulub

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə metronun Əhmədli stansiyasının yaxınlığında qeydə alınıb.

1983-cü il təvəllüdlü Süleymanov Zahid İslam oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı onun qol və ayaq nahiyyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər