Yeni ştamma görə bu məhdudiyyətlər tətbiq edilsin – AÇIQLAMA
“Omikron” ştammının qarşısını almaq üçün xaricdən gələn bütün şəxsləri karantin altına almaq və ciddi şəkildə yoxlamaq lazımdır. Bunun da tətbiqi qeyri-real görsənir”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “Nə baş verir?” verilişində qonaq olan həkim Elvin Hüseynov bildirib:
O əlavə edib ki, əgər yeni ştamm belə sürətlə yayılmağa davam edərsə, növbəti günlərdə Azərbaycanda da aşkarlanacaq.

