Şəhid övladları sünnət edilib
Dekabrın 4-də Baku Medical Plazanın Medilux filialında Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova, Baku Medical Plazanın tibb fəlsəfə doktoru Dilqəm Məhərrəmov və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidinin oğlan övladlarının sünnət olunması üzrə xeyriyyə aksiyası keçirilib.
ARANTV.AZ xəbər verir ki, tədbirdə bir sıra dəyərli incəsənət nümayəndələri iştirak edib.
Tədbirdə iştirak edənlər şəhid və qazi övladlarına dövlətimizin rəhbərliyi, Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd ediblər. Bildirilib ki, şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcudur.
Xeyriyyə aksiyasının bundan sonrakı aylarda da davam edəcəyi deyilib.
Xeyirxah aksiyada iştirak edən şəhid ailələri dövlətimizin onlara olan xüsusi diqqət və qayğısından razılıq edib, bu aksiyanın təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.












