Dünya 

Rusiyada Yeni il ağacı fləşmobu – Video

Rusiyanın Krasnoyarsk şəhərində maraqlı fləşmob keçirilib.

ARANTV.AZ  rus mətbuatına istinadən xəbər verir ki, Yol Polisinin dəstəyi ilə keçirilən fləşmobda şəhər sakinləri öz avtomobilləri ilə Yeni il bayramının simvolu olan Şam ağacını yaradıblar.

Şam ağacının ərsəyə gəlməsi üçün 465 ədəd avtomobildən istifadə olunub.

Qeyd edək ki, sözügedən fləşmob ilk dəfə Rusiyada 2019-cu ildə keçirilməyə başlayıb. Həmin il tədbirdə 89, 2020–ci ildə isə 150 avtomobil iştirak edib.

Daha çox xəbərlər