Hadisə 

Bakıda 52 yaşlı qadını motosiklet vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  “Report”a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Nəzərova Lətafət Əmir qızını motosiklet vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burunun sınığı diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər