Fikrət Məmmədov beynəlxalq təşkilatın vitse-prezidenti seçilib
Ötən ilin dekabrında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın rəhbərliyinin səlahiyyət müddətinin başa çatması ilə bağlı yenidən formalaşdırılması məqsədilə yeni namizədlər təsdiq edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar cari il yanvarın 5-də Assosiasiyanın videoformatda Ümumi Yığıncağı təşkil olunub.
Bütün qitələrdən olan dövlətlərdən 90-dan çox nümayəndənin qatıldığı tədbirdə qurumun rəhbərliyinin seçkisi keçirilib və Honqkonqun Antikorrupsiya Komissiyasının rəhbəri təşkilatın yeni prezidenti, Azərbaycanın Assosiasiyaya yaradıldığı gündən daim göstərdiyi əməli dəstək, habelə işinə verdiyi dəyərli töhfələri nəzərə alınaraq, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov isə yenidən qurumun vitse-prezidenti seçilib.

