Gündəm 

Ölkədə pambıq istehsalının azalma səbəbi nədir?- Rəsmi AÇIQLAMA

Ötən il iqlim şəraiti ilə əlaqədar pambıq istehsalında keçən dövrlə müqayisədə azalma var. Digər məhsulların istehsalında isə stabil artım müşahidə edilib.

ARANTV.AZ  xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, təqribi qiymətləndirmələrə görə, ötən il Azərbaycanda rekord həddə-70 min tona yaxın fındıq istehsal olunub: “Bu, Azərbaycan tarixində rekord göstəricidir. Eyni zamanda çəyirdəkli meyvələrin- gilas, şaftalı, ərik kimi məhsulların istehsalında da ciddi artım var. İxraca bağlı cüzi azalmanı nəzərə almasaq, pambıq sektorunda artım var. Bu artımla qeyri-neft sektorunda pambıqçılıq mühüm rol oynayır. Növbəti illərdə biz pambıqçılıqla bağlı artımın davam edəcəyini gözləyirik. Eyni zamanda bu il Azərbaycan ilk dəfə 15 milyon dollar civarında bostan məhsulları ixrac edib. Bu, yeni trenddir. Əlavə edim ki, faraş kartofun ixracı 90 min tona çatıb ki, bu da trend hesab olunur. Heyvandarlıqda isə artım dinamikası stabil şəkildə davam edir”.

F.Fikrətzadə onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ən ciddi artım gözlənilən sahələrdən biri heyvandarlıq olacaq: “Bu ərazilərdə heyvandarlıq təsərrüfatları bərpa olunduqdan sonra bizim ət və süd məhsullarına hazırda olan 85 faizlik göstəricimiz, orta hesabla 99 faizə qədər yüksələcək. Biz həmin ərazilərin hesabına ət və süd məhsulları ilə özümüzü tam təmin edəcəyik” .

Daha çox xəbərlər