Şamaxıda anaları COVİD olub xəstəxanaya yerləşdirilmiş körpələrin acınacaqlı halı – YENİLƏNİB + VİDEO
Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 4 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.
İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.
12:14
Anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdədir.
Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” profilində paylaşım edib.
O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.
Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.
K.Ağazadə həmçinin olduqca baxımsız və miskin vəziyyətdə olan körpələrin taleyi ilə heç bir dövlət qurumunun maraqlanmamasını da vurğulayıb.
Uşaqların görüntülərini təqdim edirik:

