Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifəManset

İlham Əliyevin müsahibəsində toxunduğu məqamlar

By Vüsal Rafiqoğlu
16.01.2022 4 Min Read

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində müharibədən sonrakı dövrdə görülən işlər, Ermənistanla aparılan danışıqlar, münasibətlərin perspektivləri, sülhməramlıların fəaliyyəti ilə bağlı fikirləri bir çox mətləblərə işıq tutur

Azərbaycan öz hərbi gücünə arxalanaraq ərazi bütövlüyünü hərbi yolla təmin edib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi 30 illik işğala son qoyub. Bununla da tarixi ədalət bərpa olunub. Silahlı Qüvvələrimizin düşmən üzərində şanlı Zəfərindən indiyə qədər ötən vaxt ərzində rəsmi Bakı əldə edilən bu üstünlükləri beynəlxalq müstəvidə, siyasi və diplomatik cəbhədə qoruyub saxlayıb.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin şərhini təqdim edirik:

Bir ildə 7 yarımstansiya inşa edilib

Paralel olaraq işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq, bərpa işlərinə start verilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Burada diqqət çəkən başlıca məqam Azərbaycanın heç kimdən yardım istəmədən və almadan öz vəsaiti hesabına bütün bu işləri həyata keçirməsidir. Proqram çərçivəsində əvvəlcə işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsinə başlanılıb. ANAMA, Müdafiə və Fövqəladə Hallar nazirlikləri tərəfindən ilk növbədə, infrastrukturun keçdiyi yerlər, o cümlədən elektrik xətlərinin keçəcəyi ərazilər, yollar minalardan, partlamamış döyüş sursatlarından təmizlənib, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı kimi Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın xidməti, hərbi, sərhəd yolları çəkilib. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması məqsədilə bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib, onlar ümumi dairəvi şəbəkəyə qoşulub.

Qısa müddətdə reallaşdırılan layihələr

Prosesin davamı kimi işğaldan azad olunan rayon və şəhərlərarası yolların çəkilməsini göstərə bilərik. Hazırda Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel də uğurla inşa edilir. Strateji nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edən bu iki tunelin istifadəyə verilməsi, yol tikintisinin tam başa çatdırılması gələcəkdə bizə imkan verəcək ki, Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gedib-gələ bilək. Bundan başqa, Bərdə-Ağdam, Naftalan-Talış-Suqovuşan avtomobil yolları inşa edilir. Füzuli-Şuşa yolunun – Zəfər yolunun istifadəyə verilməsinin ardınca Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın magistral yolların, həmçinin Laçın istiqamətində əlavə yolların çəkilməsinə başlanılıb. Magistral və hərbi təyinatlı yollarla yanaşı, Bərdə-Ağdam, Horadiz-Ağbənd-Zəngəzur dəmir yolunun inşasına başlanılıb. İşğaldan azad olunan rayon və şəhərlərin baş planları hazırlanıb, yeni yaşayış massivlərinin təməli qoyulub.

Düşmənə layiqli cavab verilir

Hərbi quruculuq məsələlərini öz gündəliyində daim birinci dərəcəli iş hesab edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən Müharibəsindən sonrakı mərhələdə də Silahlı Qüvvələrimizin güclənməsi üçün mühüm qərarlar qəbul edib. Bunu zəruri edən əsas səbəblərdən biri ordusu darmadağın edilən Ermənistan iqtidarında, müxalifətində və cəmiyyətində güclü revanşist əhval-ruhiyyənin hökm sürməsidir. Bundan irəli gələrək dəfələrlə Azərbaycan hərbçilərinə qarşı təxribatlar törədilib, hərbi qulluqçularımız həlak olub. Cari il yanvarın 11-də Ermənistan Kəlbəcər rayonu ərazisində yenidən təxribata əl atıb, bir nəfər hərbi qulluqçumuz şəhid olub. Təbii ki, bütün hallarda olduğu kimi yanvarın 11-də də düşmənə layiqli cavab verilib, bizdən dəfələrlə çox itkiyə məruz qoyulub. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün bundan sonra da qəti tədbirlər görəcəkdir.

Vəziyyətin diktə etdiyi zərurət

Prezidentin təbirincə desək, azərbaycanlı hərbi qulluqçunun ölümü Ermənistana heç vaxt bağışlanmayacaq. Bizim hərbi quruculuğu davam etdirməyimiz, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması məhz bununla izah oluna bilər. Əslində, Azərbaycan heç də üçüncü müharibəyə hazırlıq görmür və belə bir niyyət güdmür. Tarixi ədaləti bərpa edən, regionda yeni reallıq yaradan Azərbaycanın başlıca istəyi və hədəfi müharibə dövrünün başa çatması, normal əlaqələrin yaradılmasıdır. Bunun üçün başlıca şərt Ermənistanın revanşizmdən əl çəkərək Azərbaycanın ərazi bütövlüyünü tanıması, sülh müqaviləsini imzalamasıdır. Rəsmi İrəvan baş verənlərdən nəticə çıxarmalı, düzgün seçim etməlidir. Çünki qalib Azərbaycanın böyük humanizm nümayiş etdirməsi, barışıq təklifi ilə çıxış etməsi, xoşniyyətli davranması şərt deyil və əbədi olmayacaq. Hər bir təklifin, hərəkətin müəyyən sərhədi var. Dövlət başçısının vurğuladığı kimi, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun üçün bizim çox böyük əsaslarımız var.

Sülhməramlıların fəaliyyəti nəzarətdə saxlanılır

Vətən Müharibəsindən sonra ictimaiyyətimizi ciddi düşündürən, bir sıra hallarda geniş müzakirə və mübahisələrə yol açan məsələlərdən biri də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətidir. Sülhməramlı missiya həyata keçirən rus hərbçiləri Kəlbəcər, Laçın rayonlarına Azərbaycan hərbçilərinin, yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər. Sülhməramlıların fəaliyyətində bu kimi müsbət məqamlarla bərabər, qıcıq doğuran hərəkətlər də var. Buna misal olaraq müxtəlif vaxtlarda bəzi Ermənistan rəsmilərinin, həmçinin xarici ölkə vətəndaşlarının, o cümlədən Fransada keçiriləcək seçkilərdə prezidentliyə namizəd olan Valeri Pekresin Laçın dəhlizindən keçməklə Xankəndiyə giriş-çıxışına laqeyd yanaşılmasını göstərmək olar. Sülhməramlıların nəzarət zonasında olan ərazilərdən keçməklə Azərbaycanın Xankəndi şəhərinə edilən belə qanunsuz səfərlərin qarşısı məhz rus hərbçiləri tərəfindən alınmalıdır. Bölgənin təhlükəsizliyi naminə bu, bilavasitə onların missiyasına daxildir. Laçın dəhlizinə giriş-çıxışda, Xankəndidə, ətraf bölgələrdə baş verən bütün hadisələrdən Azərbaycanın dəqiq xəbəri olduğu üçün sülhməramlıların bizdən nəyisə gizlətmək cəhdləri, “görməmişik, bilməmişik” kimi qeyri-ciddi səbəblər ortaya qoymaları təəssüf doğurur. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi fikirlər, sadaladığı faktlar bir daha sübut edir ki, Azərbaycan öz ərazisində baş verən bütün prosesləri, həmçinin sülhməramlıların fəaliyyətini diqqətlə monitorinq edir, nəzarətdə saxlayır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda son sutkada COVID-19-a 808 nəfər yoluxub, 11 nəfər vəfat edib – FOTO

Next

Bakıda intihara cəhdin qarşısı alınıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv