Cəmiyyət 

Azad olunmuş ərazilərdə internet məsələsi həllini tapır

Azad olunmuş ərazilərdə internet məsələsi ilə bağlı artıq konkret fəaliyyət planı hazırlanıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq.

“İşğaldan azad olunmuş ərazilərin bərpa planına uyğun olaraq rabitə infrastrukturu da bərpa olunacaq”, – deyə o əlavə edib.

Daha çox xəbərlər