Cəmiyyət 

Gəncədə 20 yanvar şəhidləri anılıb

Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

ARANTV.AZ  xəbər verir ki, anım mərasimi şəhərin Şəhidlər Xiyabanında keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülüb. Daha sonra Niyazi Bayramov Şəhidlər memorial kompleksinin önünə əklil qoyub və şəhidlərin məzarlarını ziyarət edilib. Mərasimə şəhər sakinləri də qatılıb.

Mərasimdə vurğulanıb ki, 20 Yanvar müasir tariximizin ən faciəli günlərindən biri olsa da, Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq.

Daha çox xəbərlər