Ötən il icbari tibbi sığorta çərçivəsində 22 mindən çox tibbi xidmət göstərilib
“Ötən il 4 milyondan çox pasiyent icbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinə müraciət edib”.
ARANTV.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
O bildirib ki, həmin şəxslərin müraciətlərinin sayı 10 milyondan çox olub: “Müraciətlər əsasında 22 mindən çox tibbi xidmət göstərilib. Ən çox icra olunma cərrahi əməliyyatlara mamalıq prosedurları, qadın cinsiyyəti üzərində aparılan əməliyyatlar, bundan başqa həzm sistemində, göz, burun, udlaq və endokrin sistemdə aparılan əməliyyatlar daxildir”.

