Cəmiyyət 

Cinayət məsuliyyətinə cəlb olunma tələbi də var

Dövlət Komitəsi qadınlara qarşı zorakılıqla bağlı qanunvericiliyin sərtləşdirilməsini təklif edib

“Qadınlara qarşı zorakılıqla bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər aidiyyatı orqanlara göndərilib”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova deyib ki, bu, təkcə bir Dövlət Komitəsinin istəyi ilə qəbul edilə bilməz: “Əlaqədar qurumlar bununla bağlı razılaşdırılmış mövqe ifadə etməlidirlər. Yalnız bundan sonra verilmiş təkliflər Milli Məclisə göndərilə bilər. Hazırda bu təkliflər razılaşdırma mərhələsindədir. Bu təkliflər şiddətin dərəcəsinə görə məsuliyyətin artırılması nəzərdə tutulur. Burada cinayət məsuliyyətinə cəlb olunma tələbi də var. O cümlədən digər preventiv tədbirlərin görülməsi istiqamətində də təkliflər var”.

Daha çox xəbərlər