Nazirlikdə işdən çıxarılan Kənan Quliyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Təhsil naziri Ceyhun Bayramovun şöbə müdirini işdən çıxarması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
ARANTV.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat paylaşıb.
“Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb və digər dövlət qurumunda yüksək vəzifəyə təyin olunub.
Özünüzdən uydurma məlumatlar yayaraq insanları ləkələməyin, belə məlumatlar yalnız böhtan mahiyyəti daşıyır. Sadəcə təəssüf”.big.az

