Hadisə 

Azərbaycanda ana və qızının öldüyü qəza ANININ VİDEOSU – Tükləriniz BİZ-BİZ OLACAQ

Xəbər verdiyimiz kimi, martın 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.

ARANTV.AZ  xəbər verir ki, qafqazinfo ana və qızının ölümü ilə nəticələnən qəza anının görüntülərini əldə edib.

Atasının yası üçün rayona gedən ana və 5 yaşlı qızı öldü – DƏHŞƏTLİ TƏFƏRRÜAT

Videodan da görünür ki, yolu keçməyə çalışan piyadalar – 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulublar və hadisə yerində keçiniblər.

Bakı-Qazax avtomobil yolunda baş verən qəzaya görə “Hyundai Accent”in sürücüsü Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Daha çox xəbərlər