Dağıstanda uşaq bağçasında kütləvi zəhərlənmə baş verib
Dağıstanın Məhərrəmkənd rayonunun Sovetskoye kəndində uşaq bağçasında zəhərlənən şagirdlərin sayı 21 nəfərə çatıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, bu barədə “TASS”a Dağıstanın səhiyyə nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Zalina Murtuzəliyeva bildirib.
Z.Murtuzəliyeva deyib: “[Sovetskoye kəndində] zəhərlənən uşaqların sayı 21-ə çatıb”.
Məlumata əsasən, uşaqların bağçada zəhərlənməsi ilə əlaqədar epidemioloji araşdırmaya başlanılıb.
Qeyd edilir ki, zəhərlənənlərin vəziyyəti yüngül və orta dərəcəli kimi qiymətləndirilir.

