Dünya 

Ankara S-400 sistemlərinin alınmasından imtina etmək niyyətində deyil – Ərdoğan

Ankara S-400 sistemlərinin alınmasından imtina etmək niyyətində deyil.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bu barədə “TV 360” və “24 TV” telekanallarına müsahibəsi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: “Biz S-400 üzrə işi başa çatdırmışıq, imtinadan söhbət belə gedə bilməz. Biz rusiyalılarla razılaşma imzalamışıq, biz birgə istehsala başlıyacağıq. Ola bilsin ki,S-400-dən sonra biz S-500 ilə məşğul olaq”.

Suriyadakı vəziyyət barədə danışan Türkiyə prezidenti qeyd edib ki, bu ölkənin şimalında yaradılması planlaşdırılan təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir: “Çünki bu ərazidən bizə hər an hücum edə bilərlər”.

Türkiyə prezidentinin sözlərinə görə, Ankara ABŞ ordusunun Suriyadan çıxarılması prosesini diqqətlə izləyir və hazırda bu istiqamətdə heç bir addım atılmayıb.

Daha çox xəbərlər