Cəmiyyət 

“Ya Qarabağ, ya ölüm”dən sözlər Türkiyə Parlamentində səsləndi: TBMM-də Xocalı soyqırımı anılıb – VİDEO

“Uşaqların başlarının daşla əzildiyi, hamilə qadınların qarnının amansızcasına yarıldığı, fəryadların səmaya yüksəldiyi Xocalını unutmamışıq, unutmarıq”.

Bu sözləri MHP-dən olan millət vəkili Mehmet Taytak Türkiyə Parlamentində çıxışı zamanı deyib. O, Xocalıya hücum zamanı şəhid olanları rəhmətlə anıb, həmin gün baş verən faciəni isə tarixin “qara ləkəsi” adlandırıb.

Qeyd edək ki, millət vəkilinin səsləndirdiyi misralar məşhur “Ya Qarabağ, ya ölüm” mahnısında da işlədilən, türk şairi Ozan Arifiə məxsusdur.

Daha çox xəbərlər