Hadisə 

Bakıda yeni tikilən ticarət mərkəzində bədbəxt hadisə

Bakıda tikilən ticarət mərkəzində bədbəxt hadisə baş verib.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, martın 8-də saat 15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində tikilməkdə olan “Retro Mall” ticarət mərkəzində işləyən 1993-cü il təvəllüdlü Zeynalov Elşən Nizami oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, “Retro” MMC-yə məxsus ticarət mərkəzinin 4-cü mərtəbəsində Beton tökən aparatın borusunu təmizləmək üçün yerə çırpan zaman borunun dəmir ucu onun alnına dəyib.

O, martın 10-da müalicə aldığı “Baku City” hospitalında vəfat edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər