Siyasət 

“Bakı Zəngəzur dəhlizini İrəvana gedən yola çevirəcək” – Zahid Oruc Moskva Bəyannaməsindən danışdı

“Azərbaycan və Rusiya tarixində son iki yüz ildə belə bərabərhüququlu müttəflqilik və tanıma aktı olmayıb. Təkcə zaman dəyişməyib, həm də ölkəmiz özünün dövlət subyekti kimi beynəlxalq aləmdə mövqeyini gücləndirib və etibarlı tərəfdaş kimi təsdiqləyib. İlham Əliyevin strateji qələbəsi bundadır. Vətən müharibəsi Azərbaycanın Moskva və dünya qarşısında müstəsnalığını, əhəmiyyətini artırıb”.

Bu fikirləri Redaktor.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 22 fevral tarixində Moskva şəhərində Rusiya və Azərbaycan prezidenlərinin imzaladığı müttəfilqik bəyənnaməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, anlaşmanın preambula hissəsində xüsusi vurğulanan iki xalqın dostluğu və əməkdaşlığı tarixinə söykənərək gələcəyə baxılması fikrinin vurğulanması tarixi önəm daşıyır:

“Çünki Rusiyanı faciə və qarşıdrurma mərkəzi kimi görən qüvvələrin məlum tarixə istinad etməsini yalnız bir siyasət ortadan qaldıra bilər – qarşılıqlı tanıma, bir-birinə hörmət və bərabərhüquqlu regional və beynəlxalq ortaqlıq.

Ölkəmiz regionda iki əsr əvvəl, eləcə də sovetlər qurularkən “zəif bənd” olub, əvəzində erməni və gürcülər istər Moskva, istərsə də Qərbdə xüsusi himayadarlara və təsirə malik olublar. İndi Azərbaycan bölgədə əsas güc mərkəzi kimi, yeni arxitektura qurucusudur və bölgənin hər digər iki xalqının taleyi Bakıdan asılıdır.

“Moskva razıalşması”ni Şuşa bəyənnaməsi ilə müqayisə edərək, fərqli və oxşar cəhətləri üzərində müxtəlif siyasi nəticələr göstərmək olar, xüsusilə də iki strateji razılaşmanın bir-birini necə tamamladığını xarici siyasət mənafeləri baxımından dəyərləndirmək mümkündür, lakin Rusiya ilə hərbi müttəflqlik anlaşması olmadan müqavilədə ərazi bütövlüyü və suverenliyin hər iki dövlət arasında gələcək müansibətlərdə məhək daşı elan olunması sübut edir ki, Şuşanın təhlükəsilziyi və Qarabağın gələcəyi Kremlin nəzərlərində məhz Azərbaycanın ayrılmaz parçası hesab olunur və 44 günlük müharibədə Moskvanin davranışları həmin ideyaya xidmət edib. Savaş zamanı Putinin simpatiyasının ölkəmizin tərəfində olmasını konspirativ ideologiyalara, yaxud imperiya maraqlarına bağlayanlar yanıldılar”.

Zahid Oruc qeyd etdi ki, NATO ilə münasibətlərin 30 ilə yaxın yaşı var, lakin ölkəmizin strateji hədəfləri, Avroatlantik məkana fəal inteqrasiya kursundan özünü kənar saxlaması, bloklara qoşulmayan xətti regionda digər geopolitik güclərin maraqlarını tanımaq deməkdir:

“Bizim seçimimiz güc nisbətlərini dəyişmək və qlobal oyunlarda alətə çevrilmək deyil, yaxud forpostluq üçün də əsasımız yoxdur, basilica niyyətimiz Gülüstan və Türkmənçaydan sonra bir xalq olaraq, öz taleyimizi dövlətimiz tərəfindən həll etməkdir.

Birinci və ikinci Minsk razılaşmasının artıq iflasa uğradığı, beynəlxalq təhlükəsizlik sisteminin məhvə düçar olduğunu deyənlərin haqlı arqumentləri qraşısında 22 fevral Moskva-Bakı arasındakı anlaşma 1975-ci ilin Helsinki sənədinin müddəalarının ölkəmiz, regionumuz üçün keçərli olduğunu deməyə əsas verir.Ona görə də Əliyev Qafqazın xilaskarı kimi çıxış edir və onun dünyada yeni arxitekturanın qurucularından biri aolduğunu hamı görür.

Qarabağ münaqişəsi keçmiş sovet məkanı və bütün dünyada həllini tapan yeganə etnik, milli və dövlətlərarasi savaşdır. Bizim tam haqqımız var deyək ki, SSRİ-dən sonra yeni dünya nizamında ölkəmizin aparıcı mövqeyi sülhqurucu strategiyaya xidmət edir”.

Komitə sədri hesab edir ki, Moskva anlaşması Vətən müharibəsində qələbənin diplomatik meydanlarda güclənməsinə xidmət edən tarixi qərardır:

“Onun hər bir müddəası ordumuz və xalqımızın hərbi ugurunun siyasi mövqeyimizi dünyada nə qədər gücləndirdiyini sübut edir.

Belə lokal deyil, dünyəvi mahiyyətli razılaşmanın 26 sentyabra qədər əldə olunması qeyri-mümkün idi. Çünki Qafqazlarda mövcud olan işğal gerçəkliyi şəraitində Rusiyanın Azərbaycanla müttəflqilyini elan etməsi təkcə xalqlar tərəfindən deyil, eləcə də Türkiyə və digər dövlətlər üçün real səslənə bilməzdi.İndi ərazi bütövlüyünü təmin edən Azərbaycan regionda hərbi baxımdan yaranmış yeni təhlükəsizlik formatını siyasi sənədlərə köçürür. Bir vaxtlar Atatürk-Lenin anlaşması, hansı ki, Ermənistan onu son yüz ildə lənətləməklə məşğul olub, 21-ci əsrin kardinal dəyişən reallıqları və çağırışları çərçivəsində Əliyev-Putin arasında daha dərin, hərtərəfli və qalıcı şərtlər altında imzalanır. Öz mahiyyətinə görə, bütün tarixi dövr ərzində Rusiya belə anlaşmanı hər hansı Qafqaz ölkəsi ilə imzalamayıb.

Postmüharibə reallıqlarına diqqət yetirdikdə, Ermənistanı regionda xarici siyasət aktivi kimi silib atan Bakı, qarşıdakı dövrdə Ankara və Moskva arasında bütün coğrafi, iqtisadi və siyasi yolları daha da genişləndirəcək, Zəngəzur dəhlizini İrəvana gedən yola çevirəcək.

Azərbaycanın torpaq itkisi yalnız 20 faiz torpaq ərazisini əhatə etməyib, həm də xalqımızda, bir çox siyasi  qüvvələrdə yetkinlik, soyuqqanlı yanaşmalar və taleyüklü məsələlərdə düzgün qərarvermə bacarığı formalaşdırıb. Keçmiş sovet məkanı dövlətlərin hamısı ölkəmizin mövqeyini ərazi bütövlüyünün təminatı və Rusiya ilə münasibətlər üçün model kimi qəbul edə bilər”.

Zahid Oruc bildirdi ki, Bəyənnaməyə qarşı hücum edənlərin arqumentləri Ukrayna ətrafında gedən qlobal siyasi savaşın hərbi fazaya keçdiyi dövrdə ölkə liderinin Moskvada mühüm qərarlar imzalaması zərində qurulub.

“Tamamilə səthi baxışlardır. Əvvəla, Moskva müqaviləsi Vətən müharibəsindən sonra böyük bir hazırlanma mərhələsindən keçib, deməli, onu 3-cü ölkə əleyhinə yönəltmək üçün süni səbəblərdən savayı əsaslı mövqe ortaya qoymaq mümkün deyil. Digər tərəfdən, məhz Azərbaycan və Türkiyə liderinin apardığı açıq-məxfi danışqlar bizim üçün son dərəcə etibarlı tərəfdaşlar olan Ukrayna və Rusiya arasında münaisibətlərin hərbi toqquşma olmadan tənzimlənməsinə xidmət edib. Qlobal güc sayılan və regionda hərbi varlığını, çəkisini artırmağa cəhd edən dairələrdən fərqli olaraq, Azərbaycan iki slavyan qardaşların arasındakı toqquşmadan fayda götürmək niyyətində deyil.

Moskva razıalşması revaşist Ermənistana qarşıdır, lakin o mənada ki, İrəvan artıq Bakının siyasi qərarları arxasınca getməyə məhkumdur.

Rusiya həm də orada yaşayan 20 milyona yaxın müsəlmanın, milyonlara türkün tarixi vətənidir. Dövlət siyasəti məhz belə amilləri nəzərə almaqla qurulur.

Bu müqavilə 20 yanvar və 26 fevral arasında imzalanır. Tarixi baxımdan bizim yenidən düşünməyə və keçmişimizə yenidən qiymət verməyə imkan yaradır. Əgər İlham Əliyev kimi strataji planları düzgün quran bir lider olsaydı, hər iki faciə millətimizn başına gəlməz, torpaqlarımızın itirilməsi dayanar, ölkəmizi Rusiya ilə toqquşdurub əzməyə çalışan şovinist qüvvələr və ondan faydalan Qərb siyasi elitası istədiyinə nail olmazdı.

Ölkəmiz Rusiyanın xarici siyasət savaşlarında iştirak etmir. Azərbaycan forpost deyil, qlobal güclər arasında Bakıda bir neçə dəfə keçirilən yüksək diplomatik danışıqlara, siyasi görüşlərə meydan olub, Əliyevin beynəlxalq təhlükəsizlikdə maraqlı olduğunu və Bakını diplomatik paytaxta çevirmək niyyətini sübut edib.

Bizim regional çərçivəni aşan xarici siyasət doktrinamızı inkar etmək bölgəni görməmək deməkdir. Ölkəmizin diplomatik-siyasi ağırlığı qarşısında təkcə Qarabağda deyil, eləcə bütövlükdə bölgədə yeni hərbi-siyasi format qurmaq mümkün olacaq. Azərbaycan hər bir dövlətlə özünün müstəqil siyasətini müstəqillik bəyənnaməsinə, iqtisadi-siyasi təhlükəsizlik aktna çevirir”, – deyə deputat vurğulayıb.

Daha çox xəbərlər