Siyasət 

BDU-da “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” adlı konfras keçirilib

ARANTV.AZ xəbər verir ki, Müstəqilliyinin bərpasının ilk illərində müxtəlif problemlər yaşayan Azərbaycan bu gün dünyanın ən sabit ölkələri sırasındadır. Bakı Dövlət Universitetində keçirilən “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” adlı konfrasda bu fikir səslənib. Universitetin rektoru vəzifəsini icra edən Firudin Qurbanov ulu öndər Heydər ƏIiyevin sayəsində Azərbaycanın yüksək inkişaf yolu keçdiyini və bu siyasi xəttin hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini bildirib. Azərbaycanın regional və beynəlxalq layihələr həyata keçirdiyi vurğulanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov da ölkənin dayanıqlı sabitliyindən danışıblar. Qeyd edilib ki, aparılan uğurlu siyasət Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırıb, cəmiyyətə inteqrasiyasını daha da təkmilləşdirib.

Daha çox xəbərlər