Dünya 

Kuleba Qərbə səsləndi: “Ukraynalıların qanı ilə ticarət etməyin”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb ölkələrini ukraynalıların qanı ilə ticarət etməməyə və Rusiyaya qarşı sanksiyaların effektivliyini azaltmamağa, o cümlədən də bu ölkəni SWIFT beynəlxalq ödəniş sistemindən ayırmağa çağırıb.

O, bu barədə xarici jurnalistlər üçün onlayn brifinq zamanı bildirib.

Nazir qeyd edib ki, beynəlxalq anti-Rusiya koalisiyasının yekun məqsədi bu ölkəyə məxsus qüvvələrin Ukraynadan tam şəkildə çıxarılmasıdır.

“Təəssüf ki, Rusiyanın bunu etməyə və müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət yoxdur”, – deyə Kuleba bildirib.

Mənbə: “Unian”

Daha çox xəbərlər