XİN: Azərbaycan və Hindistan əməkdaşlığının gələcək inkişafını səbirsizliklə gözləyirik
“Bu gün Azərbaycan və Hindistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür”.
ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə yazıb.
“Bu münasibətlə Hindistan Respublikasının hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Hindistan əməkdaşlığının gələcək inkişafını səbirsizliklə gözləyirik”.

