Cəmiyyət 

Ədliyyə Nazirliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı növbəti onlayn brifinq keçirir

Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunması ənənəsi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi feysbuk səhifəsində ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə canlı yayımların təşkili də əhalinin hüquqi maarifləndirilməsində mühüm əhəmiyyətə malikdir.

ARANTV.AZ  xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlər çərçivəsində martın 1-də Ədliyyə Nazirliyi tərəfindən onlayn qaydada adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi mövzusunda növbəti canlı yayım təşkil edilib.

Onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli bu barədə ictimaiyyətə ətraflı məlumat verir.

N.Səfərli bildirib ki, müstəqillik qazandığımız gündən indiyədək 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. Bu il isə 8 minə yaxın şəxsin soyad sonluğu milliləşdirilib. O vurğulayıb ki, ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciətlərin sayında son vaxtlar artım müşahidə olunur. Ancaq əhali arasında soyad sonluğu ilə soyadın dəyişdirilməsi məsələsində qarışıqlıq yaranır. On səkkiz yaşına çatmış hər bir Azərbaycan vətəndaşı adını, hətta soyadını da dəyişdirə bilər.

O bildirib ki, ötən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində 2346 nəfərin ad, ata adı və soyadının dəyişdirilməsi ilə bağlı müraciəti təmin olunub.

Canlı yayımda, həmçinin maraq doğuran digər məsələlər barədə də məlumat verilir, sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılır.

Daha çox xəbərlər