Hadisə 

Sumqayıtda 35 yaşlı kişi faciəvi şəkildə öldü

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ  xəbər verir ki, şəhərin Babək küçəsində “Mercedes” markalı, 90 OG 136 dövlət qeydiyyat nişanlı minik avtomobili 1984-cü il təvəllüdlü Vəliyev Seymur Möhtərəm oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.publika.az

Daha çox xəbərlər