Region Xəbərləri 

İsmayıllıda yazlıq kartof əkini davam edir

İsmayıllı rayonunda yazlıq kartof əkini davam edir və artıq 130 hektardan çox sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə İsmayıllıda 900 hektardan çox sahədə kartof əkini gözlənilir. Rayonun cənub ərazilərində, o cümlədən Gəraybəyli, Qubaxəlilli, Kəlbənd və Kürdmaşı ərazi dairələrində kartof əkini başa çatıb. Hazırda şimal dağlıq ərazilərdə əkinə son hazırlıq işləri aparılır. Bu ərazilərdə də şum vaxtında və keyfiyyətli çıxarılıb, sahələrə üzvi və mineral gübrələr verilib.

Qeyd edək ki, İsmayıllıda kartofçuluq təsərrüfatın ənənəvi sahələrindəndir. Cari mövsümdə rayonda 100 hektar ərazini əhatə edən suvarma sahəsinin 40 hektarında toxum məqsədilə kartof əkiləcək.

Daha çox xəbərlər