Dünya 

Rusiya qoşunları Panama bayrağı altında üzən gəmini atəşə tutub

Martın 3-də Odessadan 20 mil aralıda Rusiya qoşunları Panama bayrağı altında “Helt” gəmisini atəşə tutub.

Bu barədə Ukrayna Dəniz Limanları Administrasiyası məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində gəmiyə ciddi zərər dəyib və o radarlardan itib.

Gəmidən gələn sonuncu radiosiqnalda onun 79 dərəcə əyildiyi və saya oturduğu bildirlib.

Daha çox xəbərlər