Hadisə 

Göyçayda güclü külək ağacları aşırıb, elektrik kəsilib

Bu gün saat 14:00 radələrindən başlayaraq Göyçay rayonunda əsən və hazırda davam edən güclü külək fəsadlar törədib.

ARANTV.AZ xəbər verir ki, küləyin təsiri nəticəsində Göyçay şəhərində və kəndlərdə 10-a yaxın iri gövdəli çinar, qovaq ağacı aşıb, yollarda hərəkət edən bir neçə avtomobil əzilib, elektrik naqilləri qırılıb. Nəticədə Göyçay şəhərinə və kəndlərə elektrik enerjisinin verilişi dayanıb.

Hazırda küçələrə yıxılmış ağacların kəsilərək götürülməsi, avtomobillərin hərəkətinin təmin edilməsi və əhalinin elektrik enerjisi ilə təmin olunması üçün işlər görülür.

Daha çox xəbərlər