Hər gün ölümlə üz-üzrə qalan məcburi köçkünlər – FOTOREPORTAJ
Bakının Dərnəgül qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı keçmiş beton istehsalı zavodu dağılmaq üzrədir.
Burada 150-ə yaxın qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb. Sovet dövründə beton zavodu kimi çalışan zavod fəaliyyətini dayandırdıqdan sonra burada qaçqınlar məskən salmağa başlayıb.
Hazırda burada yaşayan sakinlər hər an ölüm təhlükəsi ilə üz-üzədirlər. Kombinatın beton divarları istismar müddətini başa vurduğundan uçub tökülür.
“Global Photo Stock”un əməkdaşı həmin ərazinin görüntüsünü kamerasının yaddaşına köçürüb:

