Qubada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub
Qubada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub.
ARANTV.AZ xəbər verir ki, bayram tədbirində şəhid ailələrinin üzvləri, həmçinin müxtəlif sahələrdə çalışan fəal qadınlar iştirak ediblər.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan qadınının zərifliyin və gözəlliyin rəmzi olduğunu söyləyib.
Bildirilib ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri var. Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, yurdumuzun hər qarışını canından əziz bilən vətənpərvər nəsil yetişdirib.
Bayram tədbirində çıxış edənlər ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışıblar.
Şəhid anaları çıxışlarında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir yerli incəsənət nümayəndələrinin ifasında bayram konserti ilə davam edib.
Görüşün sonunda şəhid analarına, şəhid ailələrinin üzvlərinə, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna Quba Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

