Cəmiyyət 

Bol çeşid, fərqli qiymət… – Novruz yarmarkası/ FOTOREPORTAJ

Novruz bayramına az qalmış evin böyükləri əllərindəki bayram siyahısıyla birlikdə bazarlara üz tutur. Bayram bazarlığı deyəndə təbii ki, hər kəsi qiymətlər maraqlandırır.

ARANTV.AZ  xəbər verir ki, metbuat.az məsələni araşdırmaq üçün Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında fəaliyyət göstərən Novruz yarmarkasına yollandıb. Ölkənin müxtəlif rayonlarından gətirilən kənd təsərrüfatı məhsulları təzəliyi və çeşid bolluğuyla seçilir.

İlk dəfədir Novruz yarmarkasından alış-veriş etməyə gələn alıcı Səkinə Həsənova buradakı qiymətlərin bazarlarla eyni olduğunu bildirir:

“Heç bir fərq görmürəm. İstər quru meyvələrdə, istərsə də digər məhsulların qiymətində fərq yoxdur. Hətta burada satılan bəzi məhsullar marketlərdən bahadır”.

Satıcılar isə qiymətlərin yüksək olmasının səbəbini məhsulların yerli istehsal olmasıyla əlaqələndirirlər. Salyandan gələn satıcı Kərim Ağayev isə bildirir ki, məhsulları öz parnikində yetişdirib. O, kiloqramını 3 manata satdığı pomidorun çox keyfiyyətli olduğu üçün bu qiymətə bazara çıxardığını qeyd edir.

Alıcı və satıcı fikirlərini kənara qoyub, keçək indi də qiymətlərə. Novruzun atributlarından bir hesab edilən səməninin qiyməti yarmarkada ölçüsü və bəzədilməsinə görə dəyişirdi. Qiymətlər 1 manatdan başlayıb, 6 manata qədər yüksəlirdi.

İndi də keçək çərəz qiymətlərinə. Bazarda diqqətimizi çəkən ən önəmli məsələ çərəzlərdəki çeşid bolluğu idi. Bu da məhsulu istənilən qiymətə almağa imkan verirdi. Çərəzlərdəki qiymət siyahısı belədir:
Bol çeşid, fərqli qiymət... - Novruz yarmarkası/ FOTOREPORTAJ

Daha çox xəbərlər