Gündəm 

“Gömrük İslahatları: Şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlim keçirilir – FOTOLAR

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi Şəkidə jurnalistlər üçün “Gömrük İslahatları: Şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlimlər keçirir.

ARANTV.AZ-ın məlumatına, müxtəlif Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları üçün keçirilən təlimin əsas mövzuları Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə 305 saylı Qərarı ilə bağlı, gömrük işinin təşkilində risk meyarı, risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələrlə bağlı və “Yaşıl Dəhliz” buraxılış sistemi və ticarətin asanlaşdırılması ilə bağlı təqdimatlar olacaq.

Bundan əlavə, qısa idxal bəyannamələrinin ticarətin asanlaşdırılması və risklərin idarə edilməsindəki rolu, nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi, gömrük dəyərinin müəyyən edilməsi, gömrük sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı son yeniliklərlə bağlı təqdimatlar olacaq. Seminar zamanı KİV nümayəndələri “Mazımçay” gömrük postunda “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani tanış olacaqlar.

Təlimin sonuncu günüdə qaçaqmalçılıq və gömrük sahəsində hüquqpozmalarla bağlı təqdimat və müzakirələr, gömrük sistemində həyata keçirilən islahatlar və media mövzusuları müzakirə ediləcək. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, təlimləri gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru Mirqasım Vahabov, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi Sərnişin Dəhlizlərinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov və Gömrük Risklərinin İdarəolunması və Təhlili İdarəsinin Gömrük risklərinin operativ araşdırılması şöbəsinin böyük inspektoru Orxan Vahabov keçir.

 

metbuat.az

Daha çox xəbərlər