Azərbaycanda AİLƏ FACİƏSİ – Kişi öldü, arvadının vəziyyəti ağırdır
Ötən gecə Şəmkirdə ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, Bakı-Ələt-Qazax magistralının Şəmkirin Sabir kəndindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili 1942-ci il təvəllüdlü Çingiz Hacıyev və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinarə Hacıyevanı vurub.
Ağır xəsarət alan piyadalar xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq Çingiz Hacıyevin həyatını xilas etmək mümkün olmayıb
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.publika.az

