Region Xəbərləri 

YAP regionda ən güclü siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası Azərbaycanın dərin böhran yaşadığı illərdə tarixi, ictimai və siyasi zərurətlərdən irəli gələrək yaranıb. Ötən əsrin 90-cı illərində xalqın üzləşdiyi çətin durumu, ölkənin iflasa və məhvə sürüklənməsi, dövlətçiliyin məhv olma, müstəqilliyin itirilməsi təhlükəsini, həmçinin Azərbaycanın görkəmli ziyalılarının müraciətini nəzərə alan ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verib. Ümummilli Liderimiz Heydər Əliyevin sədrliyi ilə 1992-ci ilin noyabrın 21-də keçirilən təsis konfransında partıyanın proqramı və nizamnaməsi qəbul olunub. Ulu öndərin rəhbərlik etdiyi bu siyasi təşkilat yarandığı andan etibarən Azərbaycan tarixində əsaslı dəyişikliklərə imza atıb. Xalqımızın vətənpərvər ziyalılarını öz ətrafında toplaya bilib. Yeni Azərbaycan Partiyası müstəqil ölkəmizin inkişafında, dövlətçiliyimizin möhkəmlənməsində, sosial-iqtisadi tərəqqinin əldə edilməsində misilsiz rol oynayıb. Ömrünün qalan hissəsini xalqına həsr edən, Vətəninə daim sədaqətli olan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında partiya zəngi bir yol keçib. 30 illik şrəfli tarixə malik olan Yeni Azərbaycan Partiyası bu gün də ən böyük siyasi təşkilat kimi ölkəmizin maraqlarına xidmət edir.

Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası uğurlarını davam etdirir, milli-dövlətçilik maraqlarımızın keşikçisi olaraq nüfuzunu daha da artırır, sıralarını genişləndirir. Qürurla deyə bilərik ki, Cənab Prezident İlham Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası hazırda təkcə ölkəmizdə deyil, regiondada ən güclü siyasi təşkilata çevrilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə VII Qurultayı keçirilib. Ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi iz qoyan VII qurultayda yeni dövrün tələbinə uyğun olaraq partiyanın yenidən təşkilatlanması, hərtərəfli islahatlara başlanılması istiqamətində mühüm qərarlar verilib. Şübhəsiz ki, Qurultayda qəbul olunmuş yeni qərarlar Partiyanin gələcək fəaliyyətini, funksionallığını artıracaq. Bu da ümumilikdə siyasi sistemdə yeni canlanma yaradacaq.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi qələbənin əldə olunmsında Yeni Azərbaycan Partiyası da özünəməxsus rol oynayıb. Vətən Müharibəsində möhtəşəm qələbə qazandıqdan sonra regionda, o cümlədən ölkəmizdə yaranan yeni reallıqlar da bütün sahələrdə olduğu kimi, siyasi sistemin təkmilləşdirilməsini zəruri edib. Bu mənada VII Qurultay həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni mərhələnin əsasını qoyub.

Cənubi Qafqazın lider dövlətinin ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasi bundan sonra da ulu öndər Heydər Əliyevin ideya və prinsiplərinə sadiq qalaraq xalqa və dövlətə xidmət göstərəcək.

Mahiyəddin Mazanov, 

YAP Goranboy rayon təşkilatının üzvü

Daha çox xəbərlər