Azərbaycanlılar unutqan deyil, xeyirxah xalqdır!
Ölkəmizin tarixi ədaləti əks etdirən beş təklifini dəyərləndirməyən Ermənistanı dəmir yumruğun növbəti zərbəsi gözləyir
Bu günlərdə Azərbaycan Ermənistana bölgədə sabitliyi təmin edəcək beş bənddən ibarət təklif irəli sürüb. Yəni, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, zəbt etdikləri əraziləri vəhşicəsinə dağıdan, flora və faunanı talayıb, məhv edən, ötən əsrdə törətdikləri qəddarlıqlarını təkrarlayan ermənilərə beynəlxalq hüquq normalarına uyğun daha bir humanist yanaşma göstərildi. Amma bu insanlığı həmişə olduğu kimi, dəyərləndirməyi bacarmayan erməni cəlladları hələ ki gözləmə mövqeyindədirlər. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərindən dərs almayan ermənilərin Azərbaycanın humanizm prinsiplərinə faşist ideyalarından yanaşmaları onu göstərir ki, donuzun darıdan çıxması üçün daha böyük zərbələrə ehtiyac duyulacaq. Kəlbəcəri, Laçını tərk etmələri üçün Azərbaycanın verdiyi humanitar müddətdə 30 ildə törətdikləri vəhşilikləri daha qəddarcasına davam etdirən ermənilər məktəblərə belə od vurub, meşələri, heyvanları diri-diri yandırdılar. Bu vəhşilik dünya ictimaiyyətinin gözü qarşısında törədildi.
Düzdür, erməni faşizmi ilə humanizm ifadəsinin yanaşı səslənməsi xeyirxahlığa xəyanət olardı. Amma hər zaman haqqın, ədalətin tərəfdarı olan tolerant Azərbaycan yenə də barışdırıcılıq siyasətinə sadiq qalaraq sülh danışıqları üçün vacib olan sərhədlərin demarkasiyası və delimitasiyası ilə kapitulyant Ermənistana düzgün yol göstərir. Beynəlxalq hüquq normalarını əks etdirən, işğalçı dövlətə təqdim olunan təkliflərdə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, o cümlədən Qarabağa hər hansı iddiadan imtina edilməsi, Ermənistan qoşunlarının anklavlardan çıxarılması ( Kərki və Qazağın 5 kəndi nəzərdə tutulur), Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının 1970 –ci il Sovet xəritəsi əsasında aparılması, Zəngəzur dəhlizinə xüsusi statusun verilməsi də daxil olmaqla, nəqliyyat əlaqələrinin blokdan çıxarılması, azərbaycanlı qaçqınların Ermənistana qayıtması və ya onlara dəyən maddi ziyanın ödənilməsi imkanlarının müzakirə olunması şərtlərinin hər biri özlüyündə tarixi sənədlərə, həqiqətlərə əsaslanır. İki əsrdən artıq müddətdə belə etnik təmizləmə siyasətini aparan Ermənistanın Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri qətliamların, 1948- 1953-cü illərdə-həyata keçirdikləri deportasiyaların, xalqımıza qarşı edilən mənəvi terrorların hər biri cinayət xarakterlidir. Erməni despotizmini təsdiqləyən yüz minlərlə tarixi fakt göstərmək olar. Hazırda Ermənistan adlandırılan Qərbi Azərbaycanın 2.310 kəndinin 2.000-də azərbaycanlıların yaşaması göstərir ki, bu ərazilər tarixən ölkəmizə məxsus olub. 1960-1970-ci illərdə SSRİ Ali Soveti sədrinin birinci müavini Hovanes Bağdasaryanın rəhbərliyi ilə azərbaycanlılara məxsus toponimlərin, yer adlarının erməniləşdirilməsi əməliyyatları sonrakı illərdə də davam etdirilmişdir. İki əsrdə aparılan köçürmə əməliyyatı nəticəsində milyon yarımdan artıq soydaşımız öz tarixi ərazilərindən çıxarılmışdır. 1988-ci ildə etnik təmizləmə siyasətlərini başa çatdıran ermənilər azərbaycanlılarsız Ermənistan istəklərinə nail oldular. Bununla kifayətlənməyərək ideoloqlarının hazırladıqları plana uyğun Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək üçün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsini yaratdılar. Ötən əsrin əvvələrində qonaq kimi gəldikləri Qarabağ torpaqlarında məskunlaşmaqla Azərbaycan ərazilərinə sahibləndilər. Qərbi Azərbaycandan zorla çıxardıqları soydaşlarımızın əzab-əziyyətlərdən doymayan ermənilər işğal etdikləri torpaqlarda yaşayan azərbaycanlıları da doğma yurdlarından didərgin saldılar, leksikonumuza qaçqın, köçkün, şəhid sözlərini yazdırdılar.
Keçmişdəki əməlləri ilə də faşişt ideyalarına sadiqliyini göstərən Ermənistan unutmasın ki, Azərbaycanın beş təklifi dəyərləndirilərkən iki əsrdə soydaşlarımıza qarşı törətdikləri vəhşiliklər, axıtdıqları qanlar üçün də cavab verməli olacaqlar. Xocalı soyqırımı, Başlıbel, Qaradağlı faciələri kimi digər cinayətlərin də hesabı sorulacaq.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən erməni vəhşiliyinin nümunələri olan belə cinayətləri diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, dünya ictimaiyyətinin erməni barbarlığı haqqında məlumatlandırılması bəşəri dəyərlərə sadiqlikdir: « Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq.»
Artıq bütün dünya ictimaiyyəti də bilir ki, xalqımızın Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə azadlıq müharibəsi idi. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu. «Biz torpağımızdakı şər qüvvələrə son qoyduq. Yəqin, sizin məlumatınız var ki, ermənilər həm də bizim dini abidələrimizi təhqir edib və dağıdıblar. 65 məscid tamamilə dağıdılmışdır və yerdə qalan iki məsciddə bütün dünya müsəlmanlarının hisslərini təhqir edərək onlar donuz və inək saxlayırdılar. Əfsuslar olsun ki, bütün bu işğal illəri ərzində beynəlxalq birlik buna susurdu» sözləri ilə haqq-ədalət uğrunda mübarizə aparan Azərbaycan xalqının vətənpərvərlik və torpağa bağlılıq duyğularını Zəfərimizin əsas amili adlandırır.
«Ermənilər bizim şəhər və kəndlərimizin adlarını dəyişirdi. Ermənilər dünyanın işğalı unutması üçün əllərindən gələni edirdilər. Lakin Azərbaycan xalqı bunu unutmadı. Heç birimiz unutmadıq. Hamımız bir olaraq tarixi doğma Vətənimizi azad etmək üçün canımızı qurban verməyə hazır idik və bu da baş verdi» söyləyən dövlət başçımız İlham Əliyev qarşıda duran böyük çağırışlara hazır olduqlarını da bildirir. Regionda əbədi sabitliyin, daimi sülhün təminatı üçün isə Ermənistan verilən beş təklifi qeyd -şərtsiz yerinə yetirməlidir. İlk növbədə regionda kommunikasiya və nəqliyyat infrastrukturunun təminatında vacib amil olan Zəngəzur dəhlizinin bərpası ilə bağlı 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl olunmalıdır. «Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq» söyləyən Prezident İlham Əliyev əminliklə bildirir ki, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik.
Hələlik isə Ermənistanda məşvərət məclisi qurulur. Bütün demokratik dəyərlərdən kənar olan işğalçı, terrorçu ölkənin parlamentində «ekstrenni», ildırım sürətli, ermənisayaq seçki nəticəsində prezident seçilən Vaaqan Xaçaturyan da sələfi Armen Sarkisyan kimi işğalçı ölkənin sərsəm baş naziri Nikol Paşinyanın qarşısında acizdir. Sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflərini Rusiyanın vasitəsi ilə bildirən Nikolun Azərbaycanın təkliflərinə sərbəst münasibət bildirib, fikir söyləməsi də absurddur. Əks təqdirdə baş nazir kreslosu ilə vidalaşacağını yaxşı bilən Paşinyan yenə də xarici havadarlarından təlimat gözləyir. Sülh sazişinin imzalanması ilə ölkəsinin üzləşdiyi bataqlıqdan qurtaracağını bildiyi halda əhalinin tələblərinə münasibət bildirməyən Paşinyan söz sahibi olmadığını təsdiq etmiş olur. Amma Paşinyanın bu dəfə də səhv addım atması Ermənistan üçün daha ağır fəlakətlər yaradacaq. Əks təqdirdə Prezident İlham Əliyevin söylədiyi «Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq» sözləri qüvvədə olacaq.

