Cəmiyyət 

Respublikanın bəzi rayonlarında müşahidə olunan güclü külək fəsadlar törədib

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qərb küləyinin sürətinin 15-20 metr/saniyə olacağı, arabir 23-28 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılırdı.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, bu saata olan məlumata görə, respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib. Belə ki, Gəncə şəhərində martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.

“Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 metr/saniyə olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var”, – deyə G.Məmmədova qeyd edib.

Daha çox xəbərlər