Region Xəbərləri 

İSAY İB polietilen qablaşdırmanın fəsadları ilə bağlı tədbir keçirib

Astara rayonunda “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji  fəsadları” adlı maarifləndirici tədbir keçirilib.
ARANTV.AZ
xəbər verir ki, martın 19-da İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə  dəstəyi ilə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji   fəsadları” adlı layihənin Astara rayonunda inövbəti maarifləndirici tədbirini keçirib.  Tədbir çərçivəsində 25-ə yaxın Astara sakini, müxtəlif peşələrdə çalışan insanlar və gənclərlə  “Astara rayon Heydər Əliyev Mərkəzində” görüş keçirilib. Tədbiri layihənin rəhbəri İSAY İB nin sədri Eyyub Kərimli açaraq iştirakçıları salamalayıb və layihə haqqında geniş məlumat təqdim edib. Layihənin  aktuallığı, məqsədləri və vəzifələri, həmçinin dövlətimizin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamləğı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məllumatlar iştirakçıların diqqətinə çatdırıldı. Tədbirdə Astara rayon icra hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış edib. Sonra layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirilib. Bu çarx, iştirakçıların çox böyük  marağına səbəb olub.
Tədbirdə qida təhlükəsizliyi üzrə ekspert Cavid Qurbanzadə plastik və polietilen qabların ekoloji və sağlamlıq zərərləri, bu məhsulların istifadə qaydaları, xsüsiyyətləri, keyfiyyətləri, həmin məhsulların utilizasiya və məhv edilməsi prosesləri haqqında geniş məlumat əks etdirən prezentasiya edib. İştirakçıları maraqlandıran suallara cavab verilib. Layihənin təsirlərini və əhatəliliyini  təmin etmək üçün  iştirakçılara maarifləndirici bukletlər, kağız çantalar, birdəfəlik kağız stəkanlar, blaknot və qələmlər paylanılıb.

Daha çox xəbərlər